EN

Beynəlxalq ictimaiyyət İrana qarşı müharibəni dayandırmalıdır - Əmir Səid İrəvani

Bakı. Trend:

Beynəlxalq ictimaiyyət İrana qarşı müharibəni dayandırmaq üçüntəcili addımlar atmalıdır.

Trend xəbər verirki, bunu jurnalistlərə İslam Respublikasının BMT-dəki daiminümayəndəsi Əmir Səid İrəvani bildirib.

“Beynəlxalq ictimaiyyət İran xalqına qarşı bu qanlı müharibəyəson qoymaq üçün dərhal hərəkətə keçməlidir. Xalqımızı, ərazimizi vəmüstəqilliyimizi müdafiə etmək üçün bütün lazımi tədbirlərigörəcəyik”, – deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın stratejiəhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmişkoordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxilolmaqla İranın geniş ərazilərini əhatə edir.

İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4”əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbibazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakıobyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları iləzərbələr endirməyə başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisigeneral-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı KeşikçilərKorpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Chosen
107
az.trend.az

1Sources