EN

İran ABŞ ilə danışıqların bərpası üçün şərtlər irəli sürüb

BAKI, 11 mart. TELEQRAF

İran ABŞ ilə diplomatik danışıqların bərpası üçün müəyyən şərtlər irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, Tehran atəşkəs danışıqlarında vasitəçilik etməyə hazır olan ölkələrin bütün təkliflərini rədd edib və diplomatik prosesin bərpası üçün Vaşinqtondan konkret təminatlar tələb edir.

Mənbələrin bildirdiyinə görə, İran ABŞ-dən gələcəkdə İslam Respublikasına hücum etməyəcəyinə dair zəmanət verilməsini, dəymiş zərərə görə reparasiya ödənilməsini, həmçinin İranın atom energetikası obyektlərində tam nüvə yanacağı dövriyyəsini həyata keçirməsi ilə razılaşmasını tələb edir.

Chosen
85
teleqraf.com

1Sources