EN

Bu Avropa ölkəsində həqiqi hərbi xidmət bərpa olundu

Xorvatiya hakimiyyəti ölkədə 17 illik aradan sonra həqiqi (məcburi) hərbi xidməti bərpa edib.

Publika.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ilk çağırış çərçivəsində 800 gənc orduya cəlb olunacaq. Onların təxminən yarısı hərbi xidmətə könüllü şəkildə qoşulub, çağırışçıların 10 faizini isə qadınlar təşkil edir.

Gələcəkdə Xorvatiya hakimiyyəti hər il 4000 gənci ordu sıralarına cəlb etməyi və onların hərbi hazırlığını təmin etməyi planlaşdırır.

Chosen
62
2
publika.az

3Sources