EN

"Neft krizinə və bahalaşmaya hazır olun!" - iranlı nazirdən ŞOK PAYLAŞIM

İranın xarici işlər naziri Abbas Araqçi öz "X" hesabında paylaşım edərək, Qərb ölkələrini və qlobal iqtisadiyyatı ağır neft krizi ilə hədələyib. Nazir ABŞ-ın "Epic Fury" (Epik Qəzəb) əməliyyatını "Epik Səhv" adlandıraraq, cəmi doqquz gün ərzində neft qiymətlərinin ikiqat artdığını və bütün əsas malların bahalaşdığını bəyan edib. Hazırda dünya bazarında neftin qiymətinin 100 dolları keçdiyini xatırladan A.Araqçinin sözlərinə görə, Vaşinqton İranın neft və nüvə obyektlərinə qarşı planlar qurmaqla böyük bir inflyasiya şoku yaratmağa çalışır, lakin Tehranın buna cavab olaraq hələ istifadə etmədiyi "çoxsaylı sürprizləri" var.

Mətləb

Chosen
78
sia.az

1Sources