EN

İranın BMT-dəki daimi nümayəndəsi 1,3 mindən çox dinc sakinin həlak olduğunu bildirib

ABŞ və İsrailin hərbi əməliyyata başlamasından sonra İranda 1,3 mindən çox dinc sakin həlak olub.

"Report" xəbər verir ki, bu barədə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani jurnalistlərə bildirib.

Diplomatın sözlərinə görə, Amerika və İsrail hərbçiləri əhalinin sıx məskunlaşdığı ərazilərə və kritik infrastruktur obyektlərinə qəsdən zərbələr endirirlər.

"Hazırkı vaxta qədər onların bu dəhşətli cinayətləri 1,3 mindən çox dinc sakinin ölümünə səbəb olub", - deyə İranın ümumdünya təşkilatındakı daimi nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İranın ən böyük şəhərləri, o cümlədən Tehran zərbələrə məruz qalıb. Ağ Evdə hücumu Tehrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıblar. SEPAH İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı başlatdığını açıqlayıb. ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb. İrana endirilən zərbələr nəticəsində ali dini lider ayətullah Əli Xamenei öldürülüb.

Chosen
87
far.az

1Sources