EN

Tramp ABŞ-də yeni neft emalı zavodunun açıldığını açıqladı

BAKI, 11 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə son 50 ildə ilk dəfə yeni neft emalı zavodunun istifadəyə verildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, zavod America First Refining şirkəti tərəfindən tikilib və layihənin ümumi dəyəri 300 milyard dollar təşkil edir. ABŞ prezidenti bu layihəni ölkə tarixində ən böyük iqtisadi razılaşmalardan biri və böyük qələbə adlandırıb.

Tramp investisiyalara görə Hindistandakı tərəfdaşlara və ölkənin ən böyük özəl enerji şirkətlərindən biri olan "Reliance"a təşəkkür edib.

Ağ Ev rəhbəri bildirib ki, yeni neft emalı zavodu Texas ştatının Braunsvill şəhərində yerləşir. Onun sözlərinə görə, müəssisə ABŞ bazarını enerji ilə təmin edəcək, ölkənin milli təhlükəsizliyini gücləndirəcək, enerji istehsalını artıracaq və iqtisadiyyata milyardlarla dollar töhfə verəcək.

Tramp həmçinin qeyd edib ki, bu zavod dünyanın ən təmiz neft emalı müəssisələrindən biri olacaq.

Chosen
46
teleqraf.com

1Sources