EN

İran İsrailə və ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

İran İsrailə və ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Doğru vəd - 4" əməliyyatının 37-ci mərhələsi çərçivəsində İsrailin Təl-Əviv şəhəri ətrafına, həmçinin ABŞ-ın regional hərbi bazalarına kütləvi zərbələr endirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyasının yaydığı bəyanatda bildirilir. Hədəflər arasında ABŞ-ın Ərbildəki (İraq) bazası və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının qərargahı da var.

Məlumata görə, bu kombinə edilmiş hücumlar zamanı "Qədr", "Xeybər Şekan" və "Xürrəmşəhr" tipli raketlərdən istifadə olunur. SEPAH raket hücumunun azı üç saat davam etdiyi bildirilir.

Regionda gərginliyin pik həddə çatdığı bu saatlarda həm ABŞ, həm də İsrail hava hücumundan müdafiə sistemlərinin tam döyüş hazırlığına gətirildiyi qeyd edilir. Beynəlxalq müşahidəçilər bu miqyasda hücumun regionda daha böyük müharibəyə yol aça biləcəyindən narahatlıqlarını ifadə edirlər.

Chosen
104
afn.az

1Sources