EN

Keçmiş məcburi köçkün: Bu gün doğma torpaqlarımıza qayıdırıqsa, bunu şəhidlərimizə borcluyuq

Bu gün öz doğma torpaqlarımıza qayıdırıqsa, bunu şəhidlərimizə borcluyuq.

"Report" xəbər verir ki, bu sözləri Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə köç edən keçmiş məcburi köçkün Əli Mirzəyev deyib.

O, torpaqların işğaldan azad olunmasına görə Prezident İlham Əliyevə təşəkkür edib, qazilərə cansağlığı arzulayıb.

Ə. Mirzəyevin sözlərinə görə, o, 1993-cü ildə doğma yurdundan didərgin düşüb: "8 yaşım olanda oradan çıxmışam, indi isə öz ailəmlə, övladlarımla qayıdıram".

Keçmiş məcburi köçkün bildirib ki, artıq işğaldan azad olunmuş torpaqlarda işlə də təmin olunub.

Chosen
146
50
far.az

10Sources