EN

Sumqayıt Tibb Mərkəzi irimiqyaslı satınalma elan edir

Sumqayıt Tibb Mərkəzi tibb müəssisələrində xidmət keyfiyyətini artırmaq və texniki təhlükəsizliyi təmin etmək məqsədilə isitmə, soyutma, havalandırma sistemlərinin, həmçinin nasosxana və digər avadanlıqların servis baxımı, cari və əsaslı təmiri üçün satınalma prosesinə start verib.

32gun.az xəbər verir ki, Ümumi büdcəsi 222.890,95 AZN məbləğində dəyərləndirilən bu layihə çərçivəsində mərkəzin mühəndis-kommunikasiya sistemlərinin fasiləsiz və səmərəli fəaliyyəti tam bərpa ediləcəkdir.

Bu texniki yenilənmə pasiyentlərin və tibbi personalın rahatlığını təmin etməklə yanaşı, xəstəxana şəraitində iqlim nəzarəti və su təchizatı sistemlərinin müasir standartlara uyğunlaşdırılmasına xidmət edəcək.

Ayaz


Chosen
50
azia.az

1Sources