EN

USTDA Azərbaycanı Avropa və Avrasiyada mülki nüvə enerjisinin inkişafı ilə bağlı tədbirə dəvət edəcək (ÖZƏL)

Vaşinqton. Trend:

ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) bu ilin sonlarındaAvropa və Avrasiyada mülki nüvə enerjisinin inkişafına həsrolunacaq tədbirdə iştirak etmək üçün Azərbaycanın mülki nüvəenergetikası sektorunun rəhbərlərini dəvət etməyi planlaşdırır.

Bunu USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiyaüzrə regional direktoru Karl Kress Vaşinqtonda ABŞ-AzərbaycanTicarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş ABŞ-AzərbaycanTicarət və Biznes Konfransı çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Kress vurğulayıb ki, Azərbaycan zəngin enerji resurslarınamalikdir və bu da ABŞ ilə bu sahədə əməkdaşlığı tərəfdaşlığın təbiiistiqamətinə çevirir.

“Azərbaycan artıq neft-qaz sənayesində liderdir və bu, gələcəkəməkdaşlıq üçün geniş perspektivlər açır. Mülki nüvə enerjisinininkişafı və ya yeni boru kəmərlərinin tikintisi üzrə birgəişləməkdə ortaq maraqlarımız var. Enerji resurslarının bu bolluğuhəm də Amerika şirkətləri üçün Azərbaycanın rəqəmsalinfrastrukturunun inkişafına kömək edəcək texnologiyaların tətbiqiimkanları yaradır. Buraya məlumat mərkəzləri, süni intellektsektoru və kommunikasiya şəbəkələri daxildir. Belə ki, ölkə busahələrin əsasını təşkil edən etibarlı və zəngin enerjiresurslarına malikdir. Amerika şirkətləri enerji və rəqəmsaltexnologiyalar sahəsində lider mövqedədir və bu da birgə əməkdaşlıqüçün əla imkanlar yaradır”, – deyə o bildirib.

O vurğulayıb ki, yerli tərəfdaşlıqlar Azərbaycanın və regionunkommersiya əlaqələrinin inkişafında əsas rol oynayır və USTDA-nınalətləri məhz bu tərəfdaşlıqları dəstəkləmək üçün yaradılıb.

“USTDA-nın layihələrin hazırlanması ilə bağlı fəaliyyəti – ocümlədən texniki-iqtisadi əsaslandırmalar və ilkin mühəndislik vəlayihələndirmə tədqiqatları – amerikalı ekspertləri azərbaycanlılayihə təşəbbüskarları ilə bir araya gətirir. Bu, onların prioritetlayihələrinin həyata keçirilməsinə dəstək verir və digər layihələrüzrə uzunmüddətli əməkdaşlıq üçün zəmin yaradır. Məsələn, USTDA builin sonlarında Avropa və Avrasiyada mülki nüvə enerjisinininkişafına həsr olunacaq tədbirdə iştirak etmək üçün Azərbaycanınmülki nüvə energetikası sektorunun rəhbərlərini dəvət etməyiplanlaşdırır. Bu tədbir onların Amerika texnologiyaları ilə tanışolmasına, ABŞ-dən olan potensial təchizatçılarla əlaqə qurmasına vəAzərbaycanda mülki nüvə energetikasının inkişaf planlarını təqdimetməsinə imkan yaradacaq. Bu cür tədbirlər tərəfdaşlıqların uğurlaqurulmasına və razılaşmaların əldə olunmasına kömək edir.

USTDA-nın daha bir aləti isə əks ticarət missiyalarıdır. Bumissiyalar Azərbaycan kimi ölkələrdən nümayəndə heyətlərini ABŞ-yədəvət etməyi nəzərdə tutur ki, onlar Amerika şirkətləri və hökumətnümayəndələri ilə görüşlər keçirə bilsinlər. Bu tədbirlər hədəfsektorlarda dayanıqlı tərəfdaşlıqların yaradılması üçün əla imkanyarada bilər”, – deyə Kress yekunlaşdırıb.

Chosen
41
az.trend.az

1Sources