EN

USTDA apreldə Azərbaycana üçüncü missiyasını göndərməyi planlaşdırır (ÖZƏL)

Vaşinqton. Trend:

ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) aprel ayındaAzərbaycana üçüncü missiyasını göndərməyi planlaşdırır.

Bu barədə USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa vəAvrasiya üzrə regional direktoru Karl Kress VaşinqtondaABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuşABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

O qeyd edib ki, USTDA iki ölkə arasında kommersiya əlaqələriningenişləndirilməsi yollarını tapmaq üçün Azərbaycanla fəal şəkildəəməkdaşlıq edir.

“Son iki ay ərzində USTDA nümayəndələri artıq iki dəfəAzərbaycana səfər ediblər və biz fəal şəkildə apreldə agentliyinölkəyə üçüncü missiyasını təşkil etməyi planlaşdırırıq. Layihələrinilkin planlaşdırılması alətlərimizin və tərəfdaşlıqların qurulmasıtədbirlərinin tətbiqi üçün vəziyyət həqiqətən münasib görünür.USTDA-nın əsas məqsədi həm ABŞ-nin, həm də xarici tərəfdaşlarımızınmaraqları naminə dünya səviyyəli, sınaqdan keçmiş Amerikainfrastrukturunun tətbiqini təşviq etməkdir. Bu isə Amerikaşirkətlərinin Azərbaycan üçün də prioritet olan infrastrukturlayihələrində iştirak etməsi üçün yeni imkanların yaradılmasıdeməkdir. Azərbaycanda xüsusilə enerji və rəqəmsal infrastruktursahələrində perspektivlər görürük, həmçinin zəruri əhəmiyyətliminerallar üzrə nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlıpotensial layihələri araşdırmaq istəyirik”, – deyə USTDA-nınregional direktoru bildirib.

Məqalədə:
Chosen
44
2
az.trend.az

3Sources