EN

Müctəba Xamenei xəstəxanaya yerləşdirildi

İranın yeni Ali Rəhbəri Müctəba Xamenei Tehrandakı Sina Xəstəxanasına yerləşdirilib.

“Yeni Sabah” bildirir ki, bu haqda sosial şəbəkədə İran Dövlət Teleradiosunun keçmiş aparıcısı Ehsan Kərəmi "X" hesabında xəbər yayıb.

O, bildirib ki, Müctəba Xameneyi mədəsindən və ayağından ciddi xəsarətlər alıb, hazırda süni tənəffüs aparatına qoşulub və müharibənin başladığını, ailəsinin bombardmanda öldüyünü, lider olduğunu belə bilmir.

Cərrahi əməliyyatı doktor Zəfərqəndi, doktor Mərəşi (Haşimi-Rəfsəncaninin qayını, Behişti Universitetinin cərrahiyyə şöbəsinin müdiri) ilə birlikdə həyata keçirib; Pezeşkianın iki gün öncə Zəfərqəndinin yanında olmasının səbəbi Müctəbanı ziyarət etmək olub və o, Xameneyinin oğlunun vəziyyətindən tam xəbərdardır.

Sina Xəstəxanasında vəziyyət gərgindir və yalnız bir neçə nəfərin reanimasiya şöbəsinə daxil olmasına icazə verilir".

Chosen
24
10
news365.az

10Sources