EN

İrana hücumun əks sədası: Çin yanacaq ixracını dayandırdı

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin hökuməti neft emalı ilə məşğul olan şirkətlərə benzin və dizel yanacağının ixracını dayandırmaqla bağlı göstəriş verib.

Avtosfer.az xəbər verir ki, səbəb İrandakı hərbi konflikt nəticəsində xam neft təchizatının pozulmasıdır. İxracı dayandırmaqda məqsəd daxili bazarda vəziyyəti sabit saxlamaqdır.

Bundan başqa neftayırma zavodlarına yeni ixrac müqavilələri bağlamamaq, artıq bağlanmış müqavilələri isə fors-major halını əsas gətirərək ləğv etmək tövsiyə olunub. Aviasiya kerosininin ixracına isə heç bir məhdudiyyət yoxdur. 

Qeyd edək ki, İran Çinin ən böyük neft təchizatçısıdır. Çinin İranı seçməsinə səbəb bu ölkədə xam neftin maya dəyərinin çox aşağı (1 barel təxminən 10 dollar) olmasıdır.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
103
avtosfer.az

1Sources