EN

Mərkəzi Bank “Bank Nəzarəti Strategiyası”nı təsdiq edib

Bakı. Trend:

Mərkəzi Bank tərəfindən risk əsaslı nəzarət prosesləriçərçivəsində 2026-2027-ci illəri əhatə edən “Bank NəzarətiStrategiyası” təsdiq edilib.

Trend bubarədə tənzimləyici quruma istinadən xəbər verir.

Bildirilib ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafStrategiyası” çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraqvə Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorununmodernizasiyası layihəsi” çərçivəsində risk əsaslı nəzarətin həyatakeçirilməsi üzrə nəzərdə tutulmuş təşəbbüslər Mərkəzi Banktərəfindən uğurla icra edilib. Belə ki, Strategiyanın ötən iki iliərzində “Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslınəzarət üzrə Siyasət Konsepsiyası” (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf)təsdiq edilib, həmin Konsepsiyadan irəli gələrək ARAS adlandırılanAzərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (Azerbaijan RiskAssessment System) çərçivəsində risk əsaslı nəzarət alətlərininyaradılması və pilot banklar üzrə testləşdirilməsi təminolunub.

Nəticədə, ötən ilin dekabr ayında “Azərbaycan RespublikasıMərkəzi Bankının banklara risk əsaslı nəzarət üzrə Təlimatı” təsdiqedilib. Sözügedən Təlimatdan irəli gələrək Mərkəzi Bank tərəfindən2026-2027-ci illəri əhatə edən “Bank Nəzarəti Strategiyası” təsdiqedilib. Strategiya növbəti iki ildə banklar üçün daha aktual hesabolunan risk istiqamətləri üzrə aşağıdakı nəzarət prioritetlərininicrasını hədəfləyir:

Bankların makroiqtisadi xarakterli təhlükələrə qarşıdayanıqlılığının gücləndirilməsi;

Bankların biznes model dayanıqlığı və gəlirliliyin idarəedilməsi üzrə fəaliyyətinin təkmilləşdirilməsi;
Bankların əməliyyat dayanıqlılığının gücləndirilməsi;
Banklarda risk idarəetmə çərçivəsinin modernizasiyası;
Banklarda korporativ idarəetmə, risk mədəniyyəti və istehlakçıhüquqlarının qorunması üzrə çərçivənin gücləndirilməsi.

Bundan əlavə, qeyd olunan prioritetlərin dəstəklənməsi üçün“Bank Nəzarəti Strategiyası”nda Mərkəzi Bankın tənzimləyiciçərçivəsinin aşağıdakı istiqamətlər üzrə inkişafı hədəflənir:

Banklarda risklərin idarə edilməsi və stress-testləşdirməçərçivəsinin təkmilləşdirilməsinə dair tənzimləmələrinmodernizasiyası;
Mərkəzi Bank tərəfindən 2024-cü ildə təsdiq edilmiş “Banklardakorporativ idarəetmə Standartlarına dair Tövsiyələr”in birhissəsinin tənzimləyici çərçivəyə daxil edilməsi;
Basel III standartları ilə uyğunluğun artırılması istiqamətindəbanklara münasibətdə Daxili Kapital AdekvatlığınınQiymətləndirilməsi Prosesi (ICAAP) və Daxili LikvidlikAdekvatlığının Qiymətləndirilməsi Prosesi (ILAAP) üzrə tələblərintətbiqi;
İqlim və ESİ risklərinin tənzimləmə və nəzarət çərçivəsinəinteqrasiyası.

Mərkəzi Bank tərəfindən risk əsaslı nəzarətin tətbiqiistiqamətində həyata keçirilən tədbirlər müvafiq SiyasətKonsepsiyası ilə müəyyən edilmiş məqsədlərə xidmət etməklə yanaşı,həm də bank sektorunun uzunmüddətli dayanıqlı inkişafının təminolunmasına və potensial şoklara qarşı dayanıqlılığınınartırılmasına töhfə verir.

Məqalədə:
Chosen
51
7
az.trend.az

10Sources