EN

Taxıl vaqonları Ermənistana ölkəmizdən keçib gedib

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Daha sonra qatar “Böyük Kəsik” stansiyasından Gürcüstana keçərək Ermənistana çatıb. Qeyd edək ki, Ermənistana göndərilən taxılın ümumi çəkisi 488 tondur.

Sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.

XQ

Chosen
36
14
xalqqazeti.az

10Sources