EN

Sudan lideri İlham Əliyevə məktub ÜNVANLADI

Ajans.az xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri. Azərbaycan ərazisinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə hədəfə alınması və bunun nəticəsində hava məkanınızın pozulması barədə xəbərləri narahatlıqla izlədik. Bu, beynəlxalq hüququn prinsiplərinin və dövlətlərin suverenliyinə hörmət qaydalarının açıq şəkildə pozulmasıdır. Sudan Respublikasının rəhbərliyi, hökuməti və xalqı adından qardaş Azərbaycan Respublikası ilə tam həmrəyliyimizi ifadə edir, ölkənizin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığınız bütün qanuni addımları dəstəklədiyimizi bildiririk. Uca Allahdan Azərbaycan Respublikasını qorumasını, ona təhlükəsizlik və sabitlik bəxş etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımızı və hörmətimizi bildiririk".

Chosen
92
33
Ajans.az

10Sources