EN

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (FOTO)

Bakı. Trend:

İndiyədək 263 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdimedilib.

“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik vəOrta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 11 müraciət daxilolub. Müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb vəonlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərarqəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOBsubyektlərinin sayı 263-a çatıb.

“Startap” şəhadətnamələri “İmza İdea Lab” MMC-nin süni intellektəsaslı hədiyyə axtarışı və satışı platforması, “Baysart” MMC-ninqızılın alqı-satqısı və saxlanması üçün rəqəmsal platforma, “NMSoft” MMC-nin bulud əsaslı rəqəmsal klinika idarəetmə sistemi,“SALAMXPERT” MMC-nin süni intellekt əsaslı müəssisə resurslarıplanlaşdırılması platforması, “AL Digital” MMC-nin qızıl vəzərgərlik məhsulları üçün onlayn marketpleys, “TTC Service” MMC-nin“VmV App” brendi altında VPN servis xidməti, “Narchin” MMC-ninrəqəmsal yük daşıma platforması, “RR Company” MMC-nin onlayn hüquqxidmətləri üçün mobil tətbiq layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnamənialdıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldəetdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinəazad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıqsubyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edəbilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanışolmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Daha
Daha
Məqalədə:
Chosen
89
15
az.trend.az

10Sources