EN

Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakının Hövsan qəsəbəsində açılışı olan bir kafedə pulsuz dönər aksiyası böyük izdihama səbəb olub.

Avtosfer.az xəbər verir ki, qəsəbə ərazisində fəaliyyət göstərən obyektlərdən biri tərəfindən sakinlərə pulsuz dönər paylanılıb. Aksiyanın elan olunmasından sonra çox sayda insan əraziyə axışıb və qısa müddətdə uzun növbələr yaranıb.

İzdihamın artması səbəbindən bəzi anlarda insanlar dönər əldə etmək üçün bir-biri ilə yarışıb, hətta bəzi şəxslərin dönəri bir-birinin əlindən aldığı anlar da müşahidə olunub.

Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub. Kadrlarda çoxsaylı insanların dönər almaq üçün növbəyə dayandığı və ərazidə sıxlıq yarandığı aydın görünür.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
avtosfer.az

1Sources