Göyçay rayonunda meyit tapılıb.

Leqal.info xəbər verir ki, hadisə martın 10-da baş verib.

Göyçay şəhər sakini 1982-ci il təvəllüdlü Emil Fərhad oğlu Babayevin meyiti şəhərin ərazisindən keçən “Göyçay” çayının kənarında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətlərinin görünmədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info