EN

Daha bir ölkə İrana qarşı müharibəyə başlayır

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Yaxın Şərqdəki müharibənin bir hissəsi olaraq Amerika hərbi təyyarələrinin Rumıniya bazalarına yerləşdirilməsi ölkəni münaqişəyə ortaq edə bilər.

Reyting.az “Digi24”-ə istinadla xəbər verir ki, ABŞ İran müharibəsi çərçivəsində Rumıniyadakı hava bazasına əlavə qoşun yerləşdirmək istəyib.

Rumıniyalı hərbi ekspert və təqaüddə olan komandir Valentin Mateyu Sandu deyib ki, Yaxın Şərqdəki müharibə kontekstində Amerika hərbi təyyarələrinin və qoşunlarının Rumıniya ərazisində yerləşdirilməsi ölkəni faktiki olaraq münaqişənin tərəfi edə bilər.

Onun sözlərinə görə, Amerika hərbi imkanlarının Rumıniyada yerləşdirilməsi məsələsi Ali Müdafiə Şurasının iclasında müzakirə olunacaq.

Müzakirə İrana qarşı döyüş əməliyyatlarında iştirak edə biləcək təyyarələrin və ya tanker təyyarələrinin mümkün yerləşdirilməsi ilə bağlıdır.

“Əgər bu cür təyyarələr birbaşa Rumıniya ərazisindən döyüş uçuşları həyata keçirərsə, bu, ölkənin “döyüşkən tərəf”ə çevrilməsi demək ola bilər. Bu isə beynəlxalq hüquqa əsasən nəticələrə səbəb olacaq”,-ekspert qeyd edib.

Mütəxəssis bu kontekstdə ABŞ ilə əməkdaşlıq üçün əsas strateji obyekt olan Mixail Kogelnhanu hava bazasının mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, Amerika “B-1 Lancer” bombardmançı təyyarələri hazırda Böyük Britaniyadakı RAF Fairforddan uçaraq İrana qarşı döyüş missiyaları həyata keçirir. Əgər bu cür əməliyyatlar Rumıniya ərazisindən aparılarsa, bu, ölkənin münaqişədəki rolunu əhəmiyyətli dərəcədə dəyişə bilər.

Ekspert xəbərdarlıq edir ki, əgər Rumıniya hərbi əməliyyatlarda iştirak edərsə, İran onu potensial hədəf kimi görəcək.

Valentin Mateyu Sanduya görə, İran hələ də Cənub-Şərqi Avropaya çata biləcək dron və ballistik raket zərbələri endirmək qabiliyyətinə malikdir. Məhz buna görə Rumıniya Deveselu hava bazasında raketdən müdafiə sistemi yerləşdirib.

Ekspert vurğulayıb ki, Amerika qüvvələrinin yerləşdirilməsi qərarı siyasi xarakter daşıyacaq, lakin Rumıniya ABŞ qarşısındakı müttəfiqlik öhdəliklərini də nəzərə almalıdır. O, əlavə edib ki, müttəfiqə dəstək verməkdə iştirak etmək həm strateji üstünlüklərə, həm də ölkənin təhlükəsizliyi üçün potensial risklərə malik ola bilər.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
reyting.az

1Sources