EN

Dünyanın ən gözəl insan adı seçildi

Dünyada ən gözəl ad kimi Sofiya seçilib. Elmi işdə bu adın melodik səslənişi və universal cazibəsi xüsusi qeyd olunub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Blikk” yazıb.

Sofiya adı bir çox dillər və mədəniyyətlərdə istifadə olunur.

Araşdırmaçılar tədqiqat zamanı təxminən 100 müxtəlif adı analiz ediblər. İştirakçılar adları səslənməsinə görə qiymətləndiriblər və Sofiya adı davamlı olaraq ən yüksək qiymətləri alıb.

Tədqiqatçılar bunu yumşaq samitlər və ahəngdar saitlərin harmonik birləşməsi ilə izah edirlər. Buna görə də ad qulaq üçün xoş səslənir. Birminqem Universitetinin dilçiləri də deyirlər ki, Sofiya adı təkcə səslənişi ilə deyil, həm də zəngin mənası və tarixi ilə seçilir.

Chosen
15
2
publika.az

4Sources