EN

İsrail Beyrutda Hizbullaha qarşı hava əməliyyatlarını başa çatdırıb

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutda Hizbullah hərəkatınınobyektlərinə endirilən zərbələri başa çatdırıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə IDF-in rəsmi Telegram-kanalındaməlumat yayılıb.

“Bu gün səhər (çərşənbə günü) İsrail Müdafiə Qüvvələri BeyrutunDahiyə rayonunda “Hizbullah” terror təşkilatına məxsus, o cümlədənkomanda mərkəzlərinə və terror təşkilatının silahları saxladığıobyektlərinə hədəflənmiş əlavə zərbələr dalğasını başa çatdırıb”,-IDF-in məlumatında deyilir.

IDF əlavə edib ki, zərbələrdən əvvəl mülki şəxslərə zərər dəyməriskini minimuma endirmək üçün bir sıra tədbirlər görülüb. Butədbirlərə əvvəlcədən xəbərdarlıqların verilməsi, yüksək dəqiqliklisursatlardan istifadə və havadan müşahidə daxildir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Chosen
53
1
az.trend.az

2Sources