EN

“Boeing 737 Max 8” uçuş zolağından ÇIXDI – Hava limanı fəaliyyətini DAYANDIRDI – VİDEO

Pxuket hava limanında təyyarə sərt eniş edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tailandın Pxuket hava limanında “Air India Express” aviaşirkətinə məxsus “Boeing 737 Max 8” tipli sərnişin təyyarəsi eniş zamanı qəza vəziyyəti ilə üzləşib.

Məlumata görə, hava gəmisi sərt eniş etdikdən sonra idarəetməni itirərək uçuş-eniş zolağından kənara çıxıb.

Hadisə ilə əlaqədar olaraq, hava limanında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb.

Hazırda qəzanın fəsadlarının aradan qaldırılması və təyyarənin zolağa qaytarılması istiqamətində işlər aparılır.

Sərnişinlər arasında xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
73
1
interpress.az

2Sources