EN

İyunda Bakıda QHT-lərin böyük toplantısı keçiriləcək

Bu il Azərbaycan QHT-lərinin dünyaya daha geniş açılması, regional layihələrlə çıxış etməsi üçün QHT Agentliyi dəstək tədbirlərini daha da gücləndirəcək. Ötən ilin sonunda Azərbaycanda təsis edilmiş Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin QHT-lərinin Platformasının 2026-cı ilin iyununda Bakıda böyük toplantısının keçirilməsi gözlənilir.

QHT.az xəbrə verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva  AZƏRTAC-a müsahibəsində bildirib.

QHT Agentliyi bu foruma da tərəfdaş kimi dəvət edilib və təklif qəbul olunub. Bu toplantı çərçivəsində Azərbaycan QHT-lərinin Macarıstan, Türkmənistan, Şimali Kipr, Qırğızıstan vətəndaş cəmiyyəti təmsilçiləri ilə ikitərəfli forumlarının təşkili planlaşdırılır. Bu isə o deməkdir ki, növbəti ikitərəfli forumlar həmin ölkələrdə baş tutacaq. Türk dünyası bizim ümumi ailəmiz olduğu üçün bu istiqamətdə də işlərə prioritet veririk.

Chosen
84
qht.az

1Sources