EN

Hörmüz boğazında iki gəmi atəşə tutulub

Çərşənbə günü Hörmüz boğazında iki yük gəmisi təyin olunmayan sursatlarla atəşə tutulub.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Ofisinin məlumatına görə, hücum nəticəsində gəmilərdən birinə zərər dəyib, digərində isə yanğın baş verib. Hazırda hər iki gəminin şəxsi heyəti təxliyə olunur.

Qeyd edək ki, Fars körfəzini Hind okeanı ilə birləşdirən Hörmüz boğazı dünyanın ən vacib dəniz ticarət yollarından biri və əsas neft tranziti marşrutu hesab olunur. Dünyanın neft və qaz təchizatının təxminən beşdəbiri həmin boğazdan keçir.

Chosen
53
3
azerbaijan-news.az

4Sources