Dünən İranın İsrailə raket atması nəticəsində iki azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.
Azad İran Telegram kanalı bu barədə “Times of Israel”ə istinadən məlumat yayıb.
Bildirilir ki, hər iki şəxs Təl-Əvivin Petah Tikva adlanan hissəsində tikinti sahəsində işləyərkən, kaset bombası zərbəsi nəticəsində həyatlarını itiriblər.
Məlumata əsasən, raket onların işlədikləri əraziyə düşüb və bu, onların həlak olmasına səbəb olub.
TAHİR