EN

Britaniya polisi İranpərəst yürüşün keçirilməsini qadağan ETDİ

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniya polisi İranpərəst yürüşün keçirilməsini qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, 15 martda Londonda keçiriləcək yürüş İran əleyhinə etirazçılarla potensial toqquşmaların qarşısını almaq məqsədilə qadağan edilib. Londonun mərkəzində hər il keçirilən Əl-Qüds yürüşü İran hakimiyyətinin dəstəklədiyi İnsan Hüquqları üzrə İslam Komissiyası tərəfindən təşkil olunur.

Britaniya polisi bildirib ki, bu, son 14 ildə ilk etiraz qadağasıdır və vətəndaş iğtişaşları riskinin yüksək olduğu vurğulanıb. Qadağa həmçinin İran əleyhinə keçirilən istənilən yürüşlərə də şamil ediləcək.

Əlavə olaraq, ötən həftə Britaniya polisi İran kəşfiyyat xidmətlərini dəstəkləməkdə şübhəli bilinən dörd şəxsi həbs edib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
redaktor.az

2Sources