İstanbul Ukrayna üzrə danışıqlar üçün platforma ola bilər
Dmitry Peskov bildirib ki, Ukraynada konfliktin həlli prosesi iştirakçıları İstanbulu danışıqlar platforması kimi müsbət qarşılayırlar.
O vurğulayıb:
“Şübhəsiz, İstanbul seçimi mövcuddur və bütün tərəflər ona olduqca pozitiv yanaşır.”
Peskov həmçinin qeyd edib ki, Donald Trump-ın Ukrayna məsələsinin həllinə yönəlmiş səyləri Rusiya tərəfindən alqışlanır.
Xatırladaq ki, daha əvvəl ABŞ liderinin xüsusi elçisi Steve Whitkoff CNBC-yə verdiyi müsahibədə bildirmişdi ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüş ehtimal ki, gələn həftə baş tutacaq.