EN

Növbəti köç karvanı Xocavəndin Qırımızı Bazar qəsəbəsinə çatıb: açarlar təqdim olunub (FOTO)

Xocavənd. Trend:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinəBöyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonununQırmızı Bazar qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, səhərsaatlarında yola salınan ailələr yurdlarına qovuşublar.

Trend-in bölgə müxbiri xəbərverir ki, Qırmızı Bazar qəsəbəsi bu gün 20 ailə olmaqla, 81 nəfərəqucaq açıb.

Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb.Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmişməcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkərəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldanazad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığıarzulayıblar.

Daha sonra ailələrə evlərinin açarları təqdim olunub.

Qırmızı Bazara köçən ailələr qarşılandıqdan sonra onlaraANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbisursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları,belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlaraməlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavəndrayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirakediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərindəməskunlaşıblar. Yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlaragöstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılanmüasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərinminnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizəbəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəmanşəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdanrəhmət diləyiblər.

Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömürvə cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəkidirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu diqqətəçatdırıblar. Onlar vurğulayıblar ki, bu gün Qırmızı Bazarqəsəbəsində başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizəəmanət etdiyi Zəfərin bəhrəsidir.

Növbəti
Növbəti
Növbəti
Məqalədə:
Chosen
66
20
az.trend.az

10Sources