Mətbəxdə hər kəsin tapacağı sadə məhsullarla hazırlanan bu içki maddələr mübadiləsini hərəkətə gətirməyin ən asan yollarından biri sayılır. Mineral suya əlavə edilən limon, darçın, xiyar və zəncəfil qarışığı bədəndəki yağların yandırılmasını sürətləndirməyə kömək edir.
Məlumata görə Bu təbii qarışım orqanizmi toksinlərdən təmizləyir və həzm prosesini asanlaşdırır. Tədqiqatlar göstərir ki, tərkibindəki limon C vitamini ilə maddələr mübadiləsinə təkan verdiyi halda, mineral su bədənin ehtiyac duyduğu vacib elementləri təmin edir. Zəncəfil və darçın isə qan şəkərini tənzimləyərək toxluq hissini uzadır. Xüsusilə zəncəfilin bədəndə istilik istehsalını artıraraq kalori yanmasına kömək etdiyi elmi sınaqlarla müşahidə olunub.
Yadda saxlamaq lazımdır ki, mineral su təkbaşına birbaşa çəki itirməyə səbəb olmur. Harvard ekspertlərinin də qeyd etdiyi kimi, bu içki şəkərli və qazlı içkiləri əvəz etdikdə daha effektiv olur. Beləliklə, siz həm lazımi qədər su içmiş olursunuz, həm də əlavə kalori qəbulundan qaçırsınız. Sağlam nəticə əldə etmək üçün bu tip qarışımları düzgün qidalanma və fiziki aktivliklə birləşdirmək vacibdir.
Aytən