EN

Bayramlar yaxınlaşdıqca bazardakı qiymətlər niyə artır? Ekspert səbəbləri AÇIQLADI

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bayram ərəfəsində bazarlarda və ticarət obyektlərində qiymət dəyişiklikləri tez-tez müşahidə olunur. Xüsusilə ərzaq məhsulları, şirniyyat, hədiyyəlik mallar və gündəlik tələbat məhsullarında qiymətlərin qısa müddət ərzində artması diqqət çəkir. Bir çox alıcı bayram günlərində eyni məhsulu əvvəlki dövrlə müqayisədə daha baha qiymətə əldə edir. Maraqlı məqam isə odur ki, bayram bitdikdən sonra həmin məhsulların qiymətində yenidən enmə müşahidə olunur.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, bu tələbatın yüksəlməsi ilə bağlıdır:

“Məsələn, adi günlərdə çox adam gül almır, amma 8 Mart və ya Novruz bayramı kimi xüsusi günlərdə insanlar daha çox alış-veriş edir və tələbat kəskin şəkildə artır. Satıcı da bilir ki, həmin günlərdə məhsul mütləq satılacaq. Ona görə də qiyməti artırır. Yəni bu, əsasən tələbatın yüksəlməsi ilə əlaqədardır. Bu, normal bazar prosesidir. Tələbat qısa müddət ərzində kəskin şəkildə artır və satıcılar da əvvəlcədən planlaşdırırlar ki, həmin dövrdə alış çox olacaq. Bu səbəbdən həmin vaxt qiymətlər yüksəldilir. Bayram keçəndən və alışlar azalandan sonra isə qiymətlər yenidən əvvəlki bazar səviyyəsinə qayıdır”.

Nurcan Babək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
127
avtosfer.az

1Sources