EN

"Etdiyiniz hər şey artıqlaması ilə sizi tapsın" - FOTOLAR

Dubaya edilən raket hücumları fonunda Birləmiş Ərəb Əmirliklərini tərk edən bəzi blogerlərin ev heyvanlarını özləri ilə aparmadıqları ortaya çıxıb.

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial mediada bir çox istifadəçi paylaşım edib. Onlar bildiriblər ki, daha çox bəyənmə və izləyici toplamaq üçün heyvan sahiblənən bir çox bloger Dubayı tərk edərkən həmin heyvanları özləri ilə aparmayıb.

Türkiyəli rəssam, yazar Hikmeti Tabiyeci və jurnalist Nevşin Mengü bu iddialarla bağlı sosial meida hesablarında paylaşım ediblər. 

Belə paylaşımlara münasibət bildirənlər arasında akrtisa Nəsrin Cavadzadə də yer alıb.

"Etdiyiniz hər şey artıqlaması ilə sizi tapsın. Amin. Deməli bu adamlar yaşlıları, uşaqları, gücsüz olan hamını arxalarında buraxıb gedə bilər. Eyni məntiq, eyni vicdansızlıq" deyə, aktrisa yazıb.

"Cebheinfo.az"

Chosen
83
4
cebheinfo.az

6Sources