EN

Peskov: İstanbul üçtərəfli danışıqlar üçün əlverişli məkandır

İstanbul Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar məkanı ola bilər

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Peskov bildirib ki, İstanbul Ukrayna məsələsi üzrə Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarının keçirilməsi üçün mümkün məkanlardan biri kimi nəzərdən keçirilir. Onun sözlərinə görə, prosesin bütün iştirakçıları bu varianta kifayət qədər müsbət yanaşırlar.

Kreml rəsmisi əlavə edib ki, hazırda mövcud olan geosiyasi şərait Əbu-Dabidə danışıqları davam etdirməyə imkan vermir. Bu səbəbdən görüşlərin başqa bir ölkəyə keçirilməsi zərurəti yaranıb.

Bununla belə, Peskov vurğulayıb ki, növbəti raundun dəqiq vaxtı və məkanı barədə hələlik konkret məlumat yoxdur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
101
interpress.az

1Sources