Astana, 11 mart, AZƏRTAC
Qazaxıstanda ətraf mühit könüllülərinin sayı 60 min nəfəri keçib.
AZƏRTAC Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, “Taza Kaspi - Clean Caspian” ekoloji təşəbbüsü çərçivəsində Qazaxıstan və Azərbaycandan olan 2000-dən çox könüllü Xəzər dənizinin üç sahil ərazisini təmizləyərək 3 tondan çox tullantı toplayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana