EN

Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"

style='margin-bottom:10px;'>

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la ilk oyunundan sonra sosial şəbəkədə emosional paylaşım edib.

QOL.az xəbər verir ki, nigeriyalı forvard azarkeşlərin onnun üçün hazırladıqları koreoqrafiyadan çox təsirləndiyini bildirib:

“Bu axşam mənim üçün həddindən artıq emosional idi, göz yaşlarımı güclə saxlayırdım. Açığını desəm, “Qalatasaray” azarkeşlərindən gördüyüm bu sevgini heç vaxt unutmayacam. İlk gündən mənə sevgi və hörmət göstərdiz – təkcə mənə yox, ailəmə və yaxınlarıma da.

Belə anlar mənə xatırladır ki, futbol sadəcə oyun deyil, sevgi, sədaqət və birlikdir. Bu emblem, bu klub və bu möhtəşəm azarkeşlər üçün mübarizəni davam etdirəcəyimə söz verirəm. Bu axşamı unudulmaz etdiyiniz üçün təşəkkür edirəm. Biz bir ailəyik”.

Xatırladaq ki, “Qalatasaray” azarkeşlərinin Osimhenin mərhum anasının xatirəsinə hazırladığı koreoqrafiyadan sonra futbolçu göz yaşlarını saxlaya bilməyib. "Qalatasaray"ın 1:0 hesabı ilə qalib gəldiyi oyunda Osimhen qol ötürməsi edib. 

Chosen
25
1
teleqraf.com

2Sources