EN

Avstraliya vətəndaşlarını Ermənistanda ehtiyatlı olmağa ÇAĞIRDI

Avstraliya öz vətəndaşlarına Ermənistana səfər zamanı ehtiyatlı olmağı tövsiyə edib.

İnterpress.az xəbər verir ki, bu barədə Avstraliyanın səyahətçilər üçün hökumət xidməti olan “Smartraveller” məlumat yayıb.

Avstraliya hökuməti Ermənistana səfər etmək istəyən vətəndaşlarına müraciət edərək, onlardan yüksək dərəcədə ehtiyatlı olmağı tələb edib.

Rəsmi qurumun saytında Ermənistan üçün xəbərdarlıq səviyyəsi “Exercise a high degree of caution” (Yüksək dərəcədə ehtiyatlılıq nümayiş etdirmək) həddinə qaldırılıb.

Bu addımın atılmasına əsas səbəb kimi regionda, xüsusilə İran ətrafında yaranmış qeyri-sabit hərbi-siyasi vəziyyət göstərilir. Avstraliya rəsmiləri vətəndaşlarını bölgədəki riskləri ciddi şəkildə qiymətləndirməyə çağırıb.

Qeyd edək ki, son günlər bir neçə ölkə Yaxın Şərq və qonşu regionlarda artan gərginliklə bağlı öz vətəndaşlarına bənzər xəbərdarlıqlar ünvanlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
40
interpress.az

1Sources