EN

İrandan daha 23 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-2

İrandan saat 12:00-dan 14:00-dək daha 23 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə olunanların 11-i Azərbaycan, 12-si isə Çin vətəndaşıdır.

Həmin şəxslərin təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

İrandan saat 10:00-dan 12:00-dək daha 2 Azərbaycan, 3 Pakistan, 2 Avstraliya vətəndaşı təxliyə edilib.

"Report" Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

29 Çin vətəndaşı da bu gün "Astara" dövlət sərhədindən Azərbaycana təxliyə edilib.

İrandan martın 11-də saat 00:00-10:00 aralığında daha bir Azərbaycan vətəndaşı təxliyə olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, onun təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Chosen
27
7
far.az

10Sources