EN

Çinin "iSoftStone" şirkəti ilə tərəfdaşlıq imkanları müzakirə edilib

“Çinin "iSoftStone" şirkətinin icraçı vitse-prezidenti Li Huanq ilə rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik.

Texnologiya transferi, eləcə də ölkəmizdə kompüter və elektron avadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirinin formalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Chosen
28
7
vergiler.az

8Sources