EN

Xocavənddə əmək yarmarkasında qazpaylayıcı stansiyanın operatoru üzrə vakansiyalar təqdim olunacaq

Bakı, 11 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, martın 13-ü saat 10:00-da Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçiriləcək yarmarkada qazpaylayıcı stansiyanın operatoru üzrə vakansiyalar təqdim olunacaq.

Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Chosen
49
15
azertag.az

10Sources