Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
TikTok platformasında keçmiş münasibətdə olduğu şəxsin intim fotolarını yayan 1997-ci il təvəllüdlü S.Məmmədov məsuliyyətə cəlb olunub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxsin saxta profil vasitəsilə ictimai mənəviyyata zidd paylaşımlar etdiyi aşkarlanıb.Demokrat.az-ın qafqazinfoya istinadən məlumatına görə saxlanılan şəxs fevralın 26-da yaratdığı saxta hesab vasitəsilə A.Xəlilova ilə olan şəxsi görüntüləri kütləvi şəkildə nümayiş etdirib. Bu hərəkətlər cəmiyyətə qarşı açıq hörmətsizlik kimi qiymətləndirilib. S.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.Məhkəmə prosesində tərəflərin barışdığı elan edilib. Zərərçəkmiş A.Xəlilova keçmiş sevgilisindən şikayətçi olmadığını və onu bağışladığını bildirib. Abşeron Rayon Məhkəməsinin çıxardığı qərara əsasən S.Məmmədov 500 manat məbləğində cərimə olunub.Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.