EN

Azərbaycan çempionatında forma qalmaqalı: Ev sahibinin inadkarlığı baha başa gəldi

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan II Liqasında çıxış edən "Şəmkir" komandasına texniki məğlubiyyət verilib.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi "Xankəndi" ilə oyunda Əsasnamənin tələblərini pozduğu üçün bu halla üzləşib.

Bildirilib ki, "Şəmkir" komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, Peşəkar Futbol Liqasının (PFL) tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyət alıb.

Qeyd edək ki, Azərbaycan II Liqasının 17-ci turunun "Şəmkir" - "Xankəndi" görüşü komandaların formalarının rənglərinin oxşar olması səbəbi ilə təxirə salınmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
112
oxu.az

1Sources