EN

Pakistan ən ucuz elektrik avtomobilinin satışını elan etdi

Pakistan yaxın vaxtlarda xarici mütəxəssislər cəlb edilmədən hazırlanmış ən ucuz elektrik avtomobilini təqdim edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə "Arab News" yazır. Yeniliyin xüsusi cəlbediciliyi onun qiyməti olacaq. Yerli bazarda avtomobilin qiyməti bir milyon Pakistan rupisindən (təxminən 6032 manat- red.) çox olmayacaq.

Maşınqayırma İnkişaf Şurasının rəsmi nümayəndəsi Zişan Əşrəf bildirib ki, layihənin əsas məqsədi milyonlarla motosikletçidən ibarət ordu üçün əlçatan alternativ yaratmaqdır. Dövlət bu yolla pakistanlıları daha təhlükəsiz və rahat dördtəkərli nəqliyyat vasitələrinə keçməyə təşviq etmək istəyir.

Ölkədə ilk yerli elektrik avtomobilinin elanı kəskin ekoloji böhran fonunda baş verir. Pakistanın Lahor və Kəraçi də daxil olmaqla ən böyük şəhərlərini daim sıx duman bürüyür. Ekspertlər yaranmış problemdə motosiklet və avtomobillərin buraxdığı qazları günahlandırırlar.

Zişan Əşrəfin izah etdiyi kimi, yenilik dövlət proqramı sayəsində və yerli müəssisədə istehsal olunacaq, üstəlik lokallaşdırma dərəcəsi "maksimal" olacaq. Onun sözlərinə görə, hökumət elektrik avtomobilinin alınmasını subsidiyalaşdırmağı planlaşdırır. Qiymətin aşağı düşməsinə komponentlərin öz istehsalının işə salınması da kömək etməlidir. Artıq may ayında Pakistanda litium batareyaların istehsalı üzrə ilk zavod fəaliyyətə başlayacaq, sentyabrda isə ikinci sahə işə düşəcək.

Yerli KİV-lər ekoloji cəhətdən təmiz avtomobilin debüt tarixini 2026-cı ilin iyun ayı kimi göstərir.

Almaz Həsənli

Chosen
55
1
oxumeni.az

2Sources