EN

bp Azərbaycan kinosu ilə bağlı layihəni dəstəkləməkdən qürur duyur - Bəxtiyar Aslanbəyli

Bakı. Trend:

bp mədəni irsimizin qorunmasına və Azərbaycankinematoqrafçılarının irsininin gələcək nəsillər üçün daim ilhammənbəyi olmasına xidmət edən belə bir layihəni dəstəkləməkdən qürurduyur.

Trend xəbərverir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti BəxtiyarAslanbəyli bu gün Bakıda bp-nin maliyyə dəstəyilə həyata keçirilən“Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) layihəsinintəqdimatında çıxışı zamanı deyib.

O, sözügedən layihə ilə bağlı təəsüratlarını bölüşüb:"Azərbaycan kinosunun 1898-ci ildə yarandığı gündən bəri keçdiyitarixi yol mədəni inkişafımızın çox əlamətdar bir hissəsidir.Kinematoqrafiya yaradıcılığının bir əsrdən çox tarixini bu qədərdəqiqlik və fədakarlıqla sənədləşdirməklə hörmətli Aydın Kazımzadəincəsənət və akademik İctimaiyyətimiz üçün uzunmüddətli dəyərdaşıyan bir əsər yaradıb".

Qeyd edək ki, bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazınkəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrinəməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli vəetibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları iləbirlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çoxsərmayə qoyub.

Məqalədə:
Chosen
36
1
az.trend.az

2Sources