EN

Meloni İranda qızlar məktəbinə hücumu pisləyib

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliyanın Baş naziri Ciorcia Meloni İranın Minab şəhərində qızlar məktəbinə hücumu pisləyib və məsuliyyət daşıyana şəxslərin tapılmasını tələb edib.

525.az xəbər verir ki, bu barədə hökumət rəhbəri parlamentdə çıxışı zamanı bildirib.

"ABŞ və İsrailin İranın hərbi imkanlarını məhv etməyə yönəlmiş əməliyyatları zamanı mülki şəxslərin və uşaqların toxunulmazlığına hörmət edilməlidir. Hökumət adından Minabdakı məktəbdə qızların qətlini pisləyirəm, gənc qurbanların ailələri ilə həmrəylik ifadə edirəm və bu faciəyə görə kimlərin məsuliyyət daşıması məsələsinə tez bir zamanda aydınlıq gətirilməsini istəyirəm ", - Baş nazir bildirib.

O, İtaliyanın müharibəyə qoşulmaq niyyətində olmadığını bir daha təkrarlayıb.

Həmçinin İsrailə, xüsusən də BMT-nin Müvəqqəti Qüvvələrinin tərkibində mindən çox italyan əsgərinin yerləşdiyi Livanda hər hansı bir eskalasiya ilə bağlı etirazını bildirdiyini söyləyib.

Meloni İsrailin özünü müdafiə etmək hüququnun Hizbullaha qarşı hücumlarla məhdudlaşdırılmalı olduğunu vurğulayıb.

Fevralın 28-də Minab şəhərində qızlar məktəbinə zərbələr nəticəsində 165 nəfər həlak olub, 95 nəfər yaralanıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
525.az

1Sources