EN

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb

Martın 11-də doğma yurduna yola salınan köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

 

Pravda.az xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 81 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.

 

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Tarix: 11 Mart 2026, 15:43   
Chosen
94
3
pravda.az

4Sources