EN

Çoxtərəfli əməkdaşlıq üçün yeni yanaşma formalaşdırılmalıdır - İsmayıl Seragəldin

Bakı. Trend:

Çoxtərəfli əməkdaşlıq üçün yeni yanaşmaformalaşdırılmalıdır.

Trend xəbərverir ki, bunu Dünya Bankının sabiq vitse-prezidenti İsmayılSeragəldin martın 12-14-də keçiriləcək XIII Qlobal Bakı Forumuçərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Dünya sadəcə keçid dövrünü deyil, dərin bir qırılma mərhələsiniyaşayır. Belə ki, çoxtərəfli qarşılıqlı fəaliyyət qaydalarınaəsaslanan əvvəlki nizam çox ciddi, hətta ölümcül zərbə alıb. Ən azıaydındır ki, biz artıq yeni bir dövrə qədəm qoymuşuq və buradasöhbət yalnız keçmişə qayıtmaq və XX əsr üçün yaradılmışinstitutlara dönmək cəhdlərindən getmir. Əslində isə XXI əsrinproblemləri ilə - istər siyasi, hərbi, ekoloji, humanitar,inkişafla bağlı və ya digər məsələlərlə - mübarizə aparmaq üçünçoxtərəfli əməkdaşlığa yeni yanaşma formalaşdırmalıyıq”, - deyə obildirib.

İ. Seragəldin qeyd edib ki, bütün bunlar ali dəyərlərə sadiqliktələb edir: insan hüquqları, bərabərlik, yoxsulluğun və aclığınaradan qaldırılması, ətraf mühitin qorunması, bir-birimizqarşısında məsuliyyət, insan həmrəyliyi, biomüxtəlifliyin qorunmasıvə su ehtiyatlarından tutmuş ərzaq təhlükəsizliyinə qədər digərmühüm məsələlər.

“Bununla yanaşı, biz institutların özünü də yenidən düşünməliyikki, onlar həm bu günün böhranları ilə mübarizə apara bilsin, həm dəgələcək strategiyaların əsasını qoya bilsin. Buna görə hesab edirəmki, bu Qlobal Forum məhz iştirakçılarının təcrübəsi vəmüdrikliyinin bizə hər zamankından daha çox lazım olduğu birməqamda keçirilir ”,- deyə o əlavə edib.

Chosen
62
1
az.trend.az

2Sources