EN

Prezident İlham Əliyev diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarını təsdiqləyib

Bakı. Trend:

Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarıtəsdiqlənib.

Trend xəbərverir ki, bununla bağlı Prezident İlham Əliyev Fərmanimzalayıb.

Fərmana əsasən, “Diplomatik xidmətə qəbul üzrə müsabiqəninkeçirilməsi Qaydaları” və “Diplomatik xidmətə qəbul olunmaqüçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəlyoxlanılması Qaydası” təsdiq edilib.

Qaydalara əsasən, diplomatik xidmətə qəbul üzrə müsabiqəədalətlilik və şəffaflıq prinsipləri əsasında keçiriləcək. Müsabiqəyazılı imtahandan və müsahibədən ibarətdir. Müsabiqənin yazılıimtahan mərhələsini Xarici İşlər Nazirliyinin sifarişi əsasındaDövlət İmtahan Mərkəzi, müsahibə mərhələsini Xarici İşlər Nazirliyikeçirəcək.

Müsabiqə Nazirlər Kabinetinin müəyyən etdiyi ali təhsilixtisasları təsnifatına uyğun olaraq, humanitar və sosial,iqtisadiyyat və idarəetmə ixtisas qrupları, habelə ictimai səhiyyə,dövlət təhlükəsizliyi və idarəetmə, ictimai təhlükəsizlik vəidarəetmə, sərhəd təhlükəsizliyi və idarəetmə ixtisasları əsasındatəşkil ediləcək.

Chosen
61
13
az.trend.az

10Sources