EN

Salah “Liverpul”da rekord vurdu

İngiltərənin “Liverpul” klubu Çempionlar Liqasının 1/8 finalında “Qalatasaray”a 0:1 hesabı ilə uduzub.

İdmanxeber.az-ın məlumatına görə, görüşdə start heyətində oynayan Məhəmməd Salah ÇL-də “Liverpul” forması ilə 81-ci matçına çıxaraq klub tarixində ən çox oyun keçirən futbolçu olub.

O, Ceymi Karraqeri (80 oyun) qabaqlayıb; Stiven Cerrard isə 73 oyunla ilk üçlükdədir. Salah 60-cı dəqiqədə əvəzlənib.

Chosen
35
idmanxeber.az

1Sources