EN

Övladları İsraildə yaşayan ana: “Allah heç kəsə müharibə göstərməsin, nə o tərəfə, nə bu tərəfə”

“İsraildə 3 oğlum var, onlar müxtəlif şəhərlərdə yaşayırlar. Övladlarımla telefonla əlaqə saxlayıram".

Bu sözləıri “Yeni Sabah”a Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, bir oğlu həkimdir: "O, Təl-Əvivdə yaşayır. Bilirsiniz ki, həkimlərin işi çox olur, ona görə gün ərzində tez-tez danışmırıq. O birilər isə Beer Şevada yaşayırlar”.

Hüquq mdafiəçisi qeyd edib ki, İsraildə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub və dövlət vətəndaşların qorunması üçün lazımi hər işi görürü:

“İsrail bu məsələlərə tam hazırlıqlıdır. Şəhərdə həyəcan siqnalı verildikdə insanlar xüsusi yerlərə gedirlər. Binaların altında zirzəmi)sığınacaqlar var. Həmin sığınacaqda hər şey olur: məişət avadanlıqları, su, yemək, yorğan-döşək, divan və s.

Həyət evlərində isə adətən qalın beton divarlı “təhlükəsiz otaq” (ivritcə "mamad") və ya həyətdə yerləşən bunker tipli bomba sığınacağı tikilir.

Sığınacaqların hər birini texniki müfəttişlər yoxlayır. Yəni cəmiyyət lazımi səviyyədə qorunur. Bələdiyyələr çox yaxşı işləyir, həkimlər hazır vəziyyətdədir. Buna görə narahat olma təbii olsa da, hər şey nisbətən təhlükəsizdir”.

N.Cəfəroğlu ana olaraq narahatlığını gizlədə bilməyib:

“Anayam, narahat olmama ixtiyarımda deyil. Orada qohumlarımız, tanışlarımız var. Allah heç kəsə müharibə göstərməsin. Nə o tərəfə, nə bu tərəfə. Ana ürəyi başqadır, bu yalnız ana olanlar başa düşə bilər.

Özümüzdə 44 günlük Vətən müharibəsi oldu, az qala ölürdüm. Heç öz uşaqlarım üçün belə yanmırdım, çünki dostlarımın, qohumlarımın uşaqları var idi.

Müharibə müharibədir, o, ən çox əzabı analara və qadınlara verir. Çünki qadınlar ərlərini, analar balaları itirirlər”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
40
yenisabah.az

1Sources