EN

Asqırma və burun axması:Allergiya yoxsa qrip?

Yaz aylarının gəlməsi ilə birlikdə bir çox insan allergiya ilə bağlı müxtəlif narahatlıqlarla qarşılaşır. İnsanlarda asqırma, burun axması kimi hallar müşahidə olunur. Bu isə bəzən qriplə qarışdırılır.

Bəs allergiya ilə qripi necə ayırmaq olar?

Redaktor.az-a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, yaz aylarında daha çox allergiya ilə bağlı asqırmalar, burun tutulması, göz qaşıntısı, burun axması kimi hallar müşahidə olunur:

"Yəni allergiyalı xəstələr – allergik rinit, allergik konyunktivit, astma, allergik dermatit, atopik dermatit, övrə və digər allergik xəstəliklər daha çox rast gəlinir. Qrip hallarında da burun tutulması, göz yaşarması, asqırma ola bilər. Ancaq biz müqayisəli yanaşsaq, həyati anamnez toplasaq, allergiyalı xəstələr özləri haqqında informasiya verirlər ki, məsələn, hər fəsildən-fəsilə – yaz, payız aylarında bu hallar baş verir. Biz onları differensiasiya etmək üçün həmin sorğunu aparırıq".

Həkim vurğuladı ki, əgər qrip və qripəbənzər digər hallar mövcuddursa, xəstənin ümumi müayinəsi zamanı lazım gəlsə, qan dəyərlərinə baxırıq:

"Yəni hər hansı bir viral infeksiya, virus infeksiyası və ya qripə yoluxma varsa, bu, qan dəyərlərində də göstərilə bilər".

Aytəkin TOFİQQIZI

Chosen
66
redaktor.az

1Sources